Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

"Elitar" gimnaziyada məktəb psixoloqlarının iştirakı ilə "dəyirmi masa"

 

Böyütmək üçün şəkili seçin Fevralın 11-də Bakıdakı  "Elitar" gimnaziyada Təhsil Nazirliyinin təşəbbüsü, paytaxtın bir qrup orta ümumtəhsil məktəblərində çalışan psixoloqların iştirakı ilə "dəyirmi masa" keçirildi. Qeyd edək ki, "dəyirmi masa"nın moderatoru ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı, ixtisasca psixoloq olan xanım Feys Morninqstar idi.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu xanım Feys Morninqstar haqqında iştirakçılara məlumat verdi. "Dəyirmi masa"da iştirakına görə xanım Feys Morninqstara təşəkkürünü bildirən V.Yaqublu tədbirin əhəmiyyətindən danışdı. Belə tədbirlərin məktəb psixoloqlarının işinə müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirdi.

Məktəb psixoloqlarının rolu və vəzifələri haqqında danışan xanım Feys Morninqstar psixoloqların üzərinə düşən məsuliyyətin ciddiliyini önə çəkdi. Təhsil ocaqlarında sağlam mühitin yaradılması, ruhi sağlamlığın  fiziki sağlamlıq qədər vacibliyi və digər məsələlər haqqında fikirlərini bildirdi.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tamilla Əliyeva məktəblərdə psixoloji xidmətin yüksək səviyyəyə çatdırılmasının vacibliyini diqqətə çatdırdı. Psixoloqların bu işə daha ciddi yanaşması və beynəlxalq əməkdaşlıq üçün vacib olan dil biliklərinin artırılması tövsiyə edildi. 

Sonra məktəb psixoloqları çıxış edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Mövcud problemlərin aradan qaldırılması yolunda atılan addımlar yüksək qiymətləndirildi.

Tədbirdə "Psixoloji xidmət haqqında Əsasnamə"nin layihəsinin işlənməsi və məktəb psixoloqları üçün silsilə elmi-metodik və praktik tədbirlərin keçirilməsinə start verilməsi iştirakçıların nəzərinə çatdırıldı.  

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov