Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda aşağıdakı istiqamətlər üzrə jurnalist yazıları müsabiqəsini elan edir

 

Müsabiqənin məqsədi:

Müsabiqənin məqsədi ölkəmizdə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir. 

Müsabiqənin istiqamət və mövzuları:

Müsabiqədə iştirak:

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:

1. Yazı elan edilmiş mövzulardan birini əhatə etməlidir (elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir);

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir;

4. Yazıda "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir;

5. İnformasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlər öz yazılarını işlədikləri  KİV-in rəsmi internet saytında yerləşdirməlidirlər;

6. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), informasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlərin yazıları A4 formatda çap olunaraq (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (12 ölçülü Times New Roman şrifti ilə, diskdə) variantları təqdim olunmalıdır;

7. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır;

8. Yazılar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

 

Sənədlərin qəbulu 11 fevral 2014-cü il tarixindən başlayır, 11 mart 2014-cü il tarixində başa çatır.

Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur.

Tələb olunan sənədlər:

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla).

 

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

Hər istiqamət üzrə,

I yer - (5 nəfər) 1000 manat;

II yer - (5 nəfər) 700 manat;

III yer - (5 nəfər) 500 manat;

Həvəsləndirici mükafat - (ümumilikdə 10 nəfər) 200 manat.

Qaliblər, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov