Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi,
 bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələbələrin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndini rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.

3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə" ali təhsil müəssisələrinə münasibətdə qüvvədən düşmüş hesab edilsin.

5. Əmrin ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2014-cü il


Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi,  bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair  MÜVƏQQƏTİ QAYDALAR

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov