Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

"ADA" Universitetində ikinci karyera həftəsi keçiriləcək

 

"ADA" Universitetinin Karyera Hazırlıq Mərkəzi fevralın 24-27-də "Azersun Holding"in sponsorluğu və tərəfdaşlığı ilə ikinci karyera həftəsi keçirəcəkdir.

Universitetdən AzərTAc-a bildirilmişdir ki, karyera həftəsinin keçirilməsində məqsəd müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə "ADA" Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir. Bununla yanaşı, tələbə və məzunlar hökumət və qeyri-hökumət təşkilatlarının, özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Tələbələr yay tətili zamanı peşəkar təcrübə və qısamüddətli iş imkanları ilə də tanış olacaqlar.

Karyera həftəsi çərçivəsində həm də karyera sərgisi təşkil olunacaqdır. Sərgidə Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən 90-dək çoxsaylı təşkilat və şirkət təmsil olunacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov