Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Yevlaxda müasir tipli yeni məktəb binaları tikilir

 

 Yevlax rayonunda müasir tipli yeni məktəb binalarının tikintisi və mövcud məktəblərin əsaslı təmir olunması istiqamətində tədbirlər  davam etdirilir.

Rayon təhsil şöbəsinin müdiri Raqub Mirzəyevdən  aldığımız məlumata görə, 2013-cü ildə Balçılı kənd tam orta və Aran qəsəbə 3 nömrəli ümumi orta məktəblərinin hər biri üçün 180 yerlik, İsmayılabad kənd ibtidai məktəbi üçün 90 yerlik yeni məktəb binaları tikilib, Heydər Əliyev Fondunun dəstəyi ilə 396 yerlik Kövər kənd tam orta məktəbinin binası əsaslı təmir edilib. Yevlax şəhər 10 nömrəli  tam orta məktəbi üçün inşa olunan 240 şagird yerlik binada işlər başa çatmaq üzrədir.  Əcəmi və Yuxarı Bucaq kənd ümumi orta məktəbləri üçün 180 yerlik yeni məktəb binalarının tikintisi, 1176 şagird yerlik şəhər 3 nömrəli tam orta məktəbin əsaslı təmiri davam etdirilir. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov