Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Ən böyük mükafatı şagirdlərinin məhəbbətidir

 

Böyütmək üçün şəkili seçinHər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür.  Bu gün belə müəllimlərdən biri də 1975-ci ildən  müəllimlik fəaliyyətinə başlayan və hazırda Neftçala rayonunun Qədimkənd kənd tam orta məktəbində riyaziyyat müəllimi  işləyən  Rəhimə İsmayılovadır.

Məktəbdə dərs dediyi şagirdlərdən tutmuş direktora kimi   Rəhimə  müəllim haqqında nəsə soruşmaq istəsən, ağızdolusu şirin sözlər eşidərsən. Onu bu mərtəbəyə halal zəhməti və  ürəyinin odu gətirib.

"Mənim ən böyük mükafatım şagirdlərimin mənə olan məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları mənim üçün hər şeydir", - deyən   Rəhimə  İsmayılova  müəllimlik sənətini ürəkdən sevir və  böyük həvəslə çalışır. O, həmişə dərslərində interaktiv təlim metodlarından bacarıqla  istifadə edir  və dərslərini kurikulum islahatından irəli gələn tələblər səviyyəsində keçir. 

Eyni zamanda qazandığım və qazanacağım bütün nailiyyətlərə görə mən kollektivimə minnətdaram, - söyləyən Rəhimə müəllim ölkəmizdə son vaxtlar uğurla həyata keçirilən təhsil  islahatının tələbləri ilə bağlı yenilikləri  ürəkdən alqışlayır.

R.İsmayılova  yaxşı  müəllim olmaqla bərabər, həm də gözəl ailə başçısıdır. Onun 4 övladı və 8 nəvəsi var.

Rəhimə müəllim ailə üzvləri ilə birlikdə   60  yaşını qeyd edir. Ad günündə ona ünvanlanan təbriklərə doğmaları ilə yanaşı uzun illər çalışdığı məktəbin pedaqoji kollektivi də qoşularaq Rəhimə müəllimə  həyatda ən şirin nemət olan cansağlığı, şərəfli və məsuliyyətli işində isə uğurlar diləyirlər. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov