Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Universitetlərin akademik heyəti Litvada təlimlərdə iştirak edib

 

"ENOTES" layihəsi çərçivəsində əməkdaşlıq edən universitetlərin akademik heyəti 17-20 fevral 2014-cü il tarixlərində Litvanın Kaunas şəhərində keçirilən təlimlərdə iştirak ediblər.

TEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ECDL milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində  müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartların tətbiqi hədəflənib. Bu məqsədlə inzibati heyətdə çalışan əməkdaşlar üçün ilkin təlimlər keçirilmişdir.

Təlimlər ECDL sertifikatlarının ölkədə tətbiqi prosesində promosiya strategiyasının təşkili, Avropanın İnformasiya Kommunikasiyaları Gündəliyi, sertifikatın lokalizasiyasının Litva təcrübəsi, nəşr olunacaq ədəbiyyatla bağlı tələblər, nümunə testlər, ECDL-in Litvanın digər yerli universitetlərlə əməkdaşlığı seminarlarda müzakirə edilmişdir. 

Litvanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universitetindən nümayəndələr iştirak ediblər.

Onu da qeyd edək ki, Avropa İttifaqı çərçivəsində maliyyələşdirilən TEMPUS proqramı Təhsil Mədəniyyət Agentliyi tərəfindən idarə edilir. Proqram tərəfdaş ölkələr - Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərq də daxil olmaqla 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir.   

Üzeyir BAĞIROV,
Qafqaz Universiteti, layihə rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov