Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

"İntellekt" bilik yarışması keçirilib

 

Böyütmək üçün şəkili seçin"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq  Masallı rayonundakı Gənclər mərkəzində "İntellekt" bilik yarışması keçirilib.

Rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada 14-29 yaşlı gənclər və rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov rayonda Dövlət Proqramının və gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Qeyd olunub ki, "İntellekt" bilik yarışmasının məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Yarışmada rayonun 45 məktəb komandasını təmsil edən 225 şagird öz bilik və bacarığını, intellektual səviyyəsini nümayiş etdirib.

Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası I, Binə Xocavar kənd tam orta məktəbinin komandası II, şəhər 4 nömrəli tam orta məktəbin komandası III və Öncəqala kənd tam orta məktəbinin komandası IV yerləri tutublar.

Qaliblərə diplom, medal və qiymətli hədiyyələrlə təqdim edilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov