Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Küveyt Dövlətinin milli bayramı şərəfinə

 

Böyütmək üçün şəkili seçinKüveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda Küveyt Dövlətinin azadlıq bayramının 23-cü ildönümünə həsr olunduğunu bildirmişdir.

Səfir ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə  genişlənən  əlaqələrdən  məmnunluğunu  bildirərək  demişdir  ki,  qarşılıqlı  səfərlər,  yüksək  səviyyəli  görüşlər  ikitərəfli  münasibətlərin  daha  sürətlə  inkişafına  əlverişli  zəmin  yaradır.  Prezident  İlham  Əliyevin 2009-cu ildə Küveyt  Dövlətinə  rəsmi  səfərinin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanmışdır.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının xoş arzularını çatdırmışdır.

Nazir qeyd etmişdir ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan M.Cabbarov dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləmişdir. Nazir əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov