Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

"Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda əlavə dərslər davam edir

 

Biləsuvar Rayon  Təhsil Şöbəsindən aldığımız məlumatda  bildirilir ki, fevralın 24-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli liderinin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə  rayonun yuxarı sinif şagirdləri üçün "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda əlavə dərslər keçilib.

Dərslərdə məktəblilər əvvəlcə ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən sənəd və eksponatlarla tanış olublar. Sonra rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" adlı mühazirəsi dinlənilib.

Mühazirədə ulu öndərin həyat yoluna nəzər salınıb, görkəmli dövlət xadiminin liderlik məharətindən danışılıb.

Qeyd edilib ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişaf və islahatların banisidir. İqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəlməsi, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu ulu öndərin adı ilə bağlıdır. Bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük nüfuz qazanıb.

Eyni zamanda Biləsuvar şəhərindəki 4 nömrəli tam orta məktəbin tarix müəllimi Şəfəq Hüseynova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonrakı misilsiz xidmətləri barədə məlumat verib və şagirdlərin suallarını cavablandırıb.

Əlavə dərslərin Heydər Əliyev Mərkəzində tədris ilinin sonunadək keçilməsi və rayonun bütün məktəblərini əhatə etməsi nəzərdə tutulub.

Keçilən dərslərə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü günündə yekun vurulacaq, fəal müəllim və şagirdlər mükafatlandırılacaq. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov