Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti 5 yaşını qeyd edib

 

Fevralın 21-də Azərbaycan Dillər Universitetində universitetin İctimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir  keçirilib. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak ediblər.

Tədbir ADU-nun Mətbuat xidmətinin 5 illik fəaliyyətindən bəhs edən videoslaydın nümayişi ilə başlayıb. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü söyləyib. İctimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin müdiri Zeynəb Kazımova isə  çıxışında yeni çapdan çıxmış "Azərbaycan Dillər Universiteti 2008-2013 (KİV materialları əsasında)" adlı  kitab haqqında danışıb. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Azərbaycan  Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, Təhsil Nazirliyinin nümayəndəsi Sevinc Səfərovanın, "İki sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadənin  təbrikləri  səslənib.

Sonda ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV-lər mükafatlandırılıb ki,  onların arasında  "Azərbaycan müəllimi" qəzeti  də olub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov