Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Təhsil naziri "Şöhrət" ordenini Ramiz Əskərova təqdim edib

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əskərovla görüşüb.

Təhsil naziri "Şöhrət" ordenini Ramiz Əskərova təqdim edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ramiz Əskərovun Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.

Filologiya elmləri doktoru Ramiz Əskərov onun əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin, publisistikanın və elmin inkişafı naminə əzmlə çalışacağını nəzərə çatdırıb.

Qeyd edək ki, Ramiz Əskərov 1954-cü il yanvar ayının 10-da Qərbi Azərbaycanın Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində müəllim ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə ən yaxşı tələbə kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilib və 1978-ci ildə ali təhsilini başa vurub.

1978-1983-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1983-1987-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində işləyib, 7 dildə (Azərbaycan, rus, ingilis, fransız, alman, türk, ərəb, fars) nəşr edilən "Azərbaycan bu gün" jurnalının baş redaktoru olub. 1988-1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

2002-ci ildən Bakı Dövlət Universitetində çalışır. 2012-ci ildə Türk xalqları ədəbiyyatı kafedrasının müdiri seçilib. 10 monoqrafiya və 200-ə yaxın elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamına əsasən, "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov