Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Azərbaycanın əməkdar müəlliminin adı nüfuzlu ensiklopediyaya əlavə edilib

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Problemləri İnstitutunun doktorantı Almaz Həsrətin adı Rusiya Təbiət Elmləri Akademiyasının "MDB və yaxın xaric alimləri" adlı şəbəkə ensiklopediyasına əlavə edilib.

Ümumilikdə ensiklopediyada 13 ölkədən 14 mindən artıq alimin adı yer alıb. Şəbəkə ensiklopediyasına daxil edilən alimlərin bioqrafiyaları hər il dərc edilən eyni adlı ənənəvi kağız nəşrdə də yer alır.

Ensiklopediyanın qurucuları onun əsas missiyasının informasiya bazasının yaradılması, elm adamları arasında əlaqələrin möhkəmləndirilməsi və sonucda elm ictimaiyyətinin informasiyalaşdırılmasının intensivləşdirilməsi olduğunu bildirir.

O da qeyd edilir ki, ensiklopediyada adı keçən alim və mütəxəssislər öz elmi əsərlərində və başqa məqalələrində buradakı səhifəyə də istinad edə bilərlər.

Əlavə edək ki, ensiklopediyada populyarlığa görə gündəlik reytinq də müəyyən edilir. Almaz Həsrət ensiklopediyaya yeni əlavə edilməsinə baxmayaraq qısa müddət ərzində "Pedaqoji elmlər" bölməsindəki 1215 alim arasında öz reytinqinə görə 5-ci yerə yüksəlib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov