Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

"Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi" mövzusunda forum

 

"ADA" Universitetində məktəb direktorlarının "Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi" mövzusunda birinci forumu keçirilmişdir.

"ADA" Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, forumun açılış mərasimində "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev və bu təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru doktor Patrik Kvin iştirak etmişlər.

Forumda "ADA" Universitetinin Dəqiq və Humanitar Elmlər İnstitutunun dekanı, doktor Vəfa Kazdal "ADA" Universitetinin təhsil modeli: nəyi və nə üçün bölüşürük?" mövzusunda çıxış etmişdir.

İştirakçılar "ADA" Universitetinin dərəcə proqramları və təhsil imkanları ilə tanış olmuşlar.

Forum çərçivəsində ABŞ-ın nüfuzlu Miçiqan Dövlət Universitetinin nümayəndəsi, doktor Barbara Markle "Şimali Amerikanın təhsil sistemində yeni yanaşmalar: direktorluqda menecerlikdən liderliyə doğru" mövzusunda çıxış etmiş, məktəblərin düzgün idarəedilməsi haqqında fikirlərini bölüşmüşdür.

Təhsil üzrə məsləhətçi Asif Cahangirov "Məktəb direktorları təhsil islahatlarında aparıcı rol oynayan şəxslər qismində" mövzusu üzrə danışmışdır.

Sonra suallar cavablandırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov