Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Valideyn himayəsindən məhrum olan şagirdlər üçün konsert

 

 Martın 11-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan valideyn himayəsindən məhrum 120 şagird üçün Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil edilib.

Musiqi məktəbinin direktoru Teymur Göyçayev  tədbiri giriş sözü ilə açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib və belə bir konsertin təşkilinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib. O, musiqi məktəbi şagirdlərinin bu konsertə böyük məsuliyyət hissi və həvəslə hazırlaşdığını söyləyib.

Konsertdə musiqi məktəbinin şagirdləri ilə yanaşı, dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ifasında da bir neçə musiqi nömrəsi təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov