Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Novruz bayramına həsr olunmuş konsert

 

Martın 11-də Təhsil Nazirliyi Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında Novruz bayramına həsr olunmuş "Çərşənbələrimiz" adlı konsert keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd dərnək üzvü olan məktəblilərin bacarıqlarını nümayiş etdirmək və valideynlərə övladlarının ifasını izləmək imkanı yaratmaqdan ibarətdir. Məktəblilərin təhsildən kənar vaxtının səmərəli təşkili məsələsinə diqqətlə yanaşan Təhsil Nazirliyi bu konsertdə də müəllim-valideyn əməkdaşlığının inkişafına mühüm əhəmiyyət verdiyini bir daha nümayiş etdirib.

Konsertdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü olan məktəblilər Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Məktəblilərin milli rəqsləri və müxtəlif çalğı alətlərində məharətlə ifa etmələri də maraqla qarşılanıb.

Bədii hissədən sonra çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti övladlarının dərnəklərdəki məşğulluğunu daim dəstəkləyən fəal valideynlərə təşəkkürünü bildirib və onların Təhsil Nazirliyinin diplomları ilə təltif edildiyini nəzərə çatdırıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov