Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Kürdəmirdə yeni məktəb binası tikilib

 

Son illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də yeni məktəb binaları tikilib. Onlardan biri Qarasaqqal kənd tam orta məktəbidir.

Rayonun ən ucqar yaşayış məskənlərindən olan bu kənddə ilk məktəb 1928-ci ildə tikilib. Daha sonra, 60-cı illərdə 8 illik məktəb binası inşa edilib.

180 şagird yerlik ikimərtəbəli yeni məktəb binası isə cari dərs ilinin əvvəlində tikilib istifadəyə verilib. Müasir tələblərə cavab verən məktəb strukturu yaradılmış yeni binada 9 sinif otağından əlavə, zəruri avadanlıqlarla təchiz olunmuş fizika, kimya, informatika kabinetləri, eləcə də kitabxana, akt və idman zalları vardır. Bu, məktəbin beşgünlük tədris həftəsində bir növbədə fəaliyyət göstərməsinə əlverişli şərait yaradıb.

Belə əzəmətli məktəb binasının tikilməsi müəllim və şagirdlərin, eyni zamanda kənd ictimaiyyətinin çoxdankı arzusu idi. Hazırda Qarasaqqal kənd tam orta məktəbinin 22 sinif komplektində 271 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 32 nəfər pedaqoji işçi məşğul olur. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov