Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Beynəlxalq Bakalavriat Proqramının təqdimatı

 

Martın 13-də Bakıdakı 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat mərasimi keçirilib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunur. BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-Diplom proqramı, X-XI siniflər) bölünür.

BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri assosiasiyasının üzvüdür.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər. Bu isə deməyə əsas verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm də Beynəlxalq Məktəb (İnternational School) statusuna malikdir.

1968-ci ildə İsveçrədə yaradılmış BBP-nın diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kembric, Yell və digər universitetlər) tərəfindən tanınır. Bu proqramın üstün cəhəti ondan ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP) ayrılıqda tətbiq oluna bilər.

BBP üzrə tədrisin ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP fransız, alman, Çin və rus dillərində də tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər beş ildən bir monitorinq aparılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov