Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

ADU-da Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş tədbir

 

Martın 12-də  Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.  Tədbiri giriş sözü ilə açan  tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Azərbaycan ədəbiyyatının bir sıra görkəmli nümayəndələr yetişdirdiyini diqqətə çatdırdı. Azərbaycan ədəbiyyatının zənginliklərindən danışan Ə.Əliyev belə görkəmli simalardan birinin də Mirzə Şəfi Vazeh olduğunu bildirdi.  O, Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzaladığını qeyd etdi.  Prorektor M. Ş. Vazehin yaradıcılığına nəzər salaraq vurğuladı ki, onun əsərləri Avropada geniş yayılıb və qəbul olunub.  Ə.Əliyev  M.Ş.Vazehin şeirlərinin alman Fridrix Bodenştedt tərəfindən mənimsənildiyini də tələbələrin diqqətinə çatdırdı. Prorektor ADU-nun professoru Fəxrəddin Veysəllinin bununla bağlı araşdırma apardığını və tədqiqatın nəticəsi olaraq bu şeirlərin M.Ş.Vazehə məxsus olduğunu da sözlərinə əlavə etdi.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov   tanınmış maarifçinin həyat və  yaradıcılığı haqqında tələbələrə geniş məlumat verdi.  V.Bəşirov    M.Ş.Vazehin Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatdığını və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getdiyini tələbələrin nəzərinə çatdırdı.  Onun yaradıcılığının  Azərbaycanın  Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu qeyd etdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov