Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 
Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Əli  CAMALOV,
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

1996-cı ildə Bakı şəhərində  anadan olub. 2013-cü ildə Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bitirib. Orta məktəbdə oxuduğu müddətdə  rus dili və  riyaziyyat fənləri üzrə olimpiadalarda  III yeri tutub.

Ali məktəblərə  keçirilən  qəbul imtahanında 687 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının   siyasi idarəetmə fakültəsinə   daxil olub.

Arzusu  ixtisası üzrə Azərbaycanda tanınmış mütəxəssis olmaqdır. 

 

 

 


Ayişə ƏFƏNDİYEVA,
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
 

1996-cı ildə Qəbələ rayonunda anadan olub. 2013-cü ildə Qəbələ şəhər  5 nömrəli tam orta  məktəbi bitirib.

Ali məktəblərə keçirilən qəbul imtahanında topladığı 688 balla  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının   siyasi idarəetmə  fakültəsinə   daxil olub.         

Prezident təqaüdünə layiq görüldüyünə görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

 

 

 

 

 


Yaqub ALLAHVERDİYEV,
Azərbaycan Tibb Universitetinin tələbəsi
 

1996-cı ildə Bakı şəhərində  anadan olub.  2013-cü ildə Bakıdakı 299 nömrəli   tam orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəb illərində yaxşı oxumaqla yanaşı, ictimai işlərdə də   fəal iştirak edib.      

Ali məktəblərə keçirilən qəbul imtahanında 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə sevinir. 

Arzusu tanınmış həkim olmaqdır.

 

 

 


 Qaraxan TALIBOV,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini  bitirib.  Orta məktəbdə oxuduğu  illərdə  ayrı-ayrı fənlər üzrə keçirilən olimpiadalarda fəal iştirak edib.

Ali məktəblərə keçirilən qəbul imtahanında 682 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görüldüyünə görə sevinc hissi keçirir.   

 

 

 

 

 


Aqil ƏLƏKBƏROV,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1995-ci ildə  İsmayıllı rayonunda anadan  olub.   2013-cü ildə İsmayıllı rayon  Təzəkənd kənd tam orta məktəbini bitirib. Orta məktəbdə oxuduğu  illərdə fənn olimpiadalarının iştirakçısı olub.

Ali məktəblərə keçirilən qəbul  imtahanında 679 bal toplayaraq Bakı Ali  Neft Məktəbinin  neft-qaz  mühəndisliyi  ixtisasına daxil olub.

Ona göstərilən diqqət və qayğıya  görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

 

 

 

 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov