Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Yunanıstan Parlamentinin deputatı ADU-nun tələbələri üçün mühazirə oxuyub

 

Martın 18-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Yunanıstan Parlamentinin deputatı,  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondası qəbul etdi.

Universitet haqqında məlumat verən rektor, professor Səməd Seyidov ADU-nun ali təhsil müəssisələri içərisində xüsusi yeri olduğunu qeyd etdi. ADU-nun tarixindən danışan rektor  universitetin beynəlxalq əlaqələrindən söz açdı. O, universitetin müxtəlif dillərin, o cümlədən beynəlxalq münasibətlərin öyrənilməsi  sahəsində böyük ənənə və təcrübəyə malik olduğunu vurğuladı. Ölkəmizin təhsil sistemində aparılan islahatlardan, dövlət proqramlarından söz açan rektor Azərbaycanın Avropanın  bir hissəsi olduğunu bildirdi. ADU-nun Avropa Birliyinin proqramlarında iştirakını və bu proqramlar çərçivəsində müxtəlif layihələr həyata keçirdiyi vurğulandı. Tələbə və müəllim mübadiləsinin universitetin beynəlxalq əlaqələrində xüsusi yer tutduğu diqqətə çatdırıldı.  Universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Şərq dillərinin də öyrənildiyi qeyd edildi. Rektor, professor Səməd Seyidov tələbələrlə görüşə razılıq verdiyi üçün qonağa təşəkkürünü bildirdi.

Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas səmimi qəbula görə təşəkkür etdi. O, bugünkü  məruzənin tələbələrə maraqlı olacağına əminliyini ifadə etdi.  

Görüşdən sonra qonaq ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər, britaniyaşünaslıq, amerikaşünaslıq, skandinaviyaşünaslıq, fransaşünaslıq, almaniyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və fakültə müəllimləri ilə görüşdü. Fakültə dekanı Anar Nağıyev Marias Epameinondası tələbələrə təqdim etdi. Cənab Marias Epameinondas "Yunanıstan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında sədrliyinin müqayisəli təhlili" mövzusunda mühazirə oxudu. Tələbələr tərəfindən maraqla qarşılanan mühazirənin sonunda qonaq sualları cavablandırdı. 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov