Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib

 

Böyütmək üçün şəkili seçin  Martın 18-də "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib.

20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur. Yığma komandaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək "Təhsil kuboku"nun iştirakçı komandalarından futbolçular cəlb olunub.  "Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

"Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlara 2014-cü ilin aprel ayında start veriləcək. Bu yarışmada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağının daha da artmasına səbəb olub. Təhsil Nazirliyi futbolla bağlı təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə  uşaq, yeniyetmə və gənclərin futbola kütləvi cəlb olunması istiqamətində fəal iş aparır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov