Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Dövlət İdarəçilik Akademiyasında əməkdaşlıq haqqında memorandum imzalanıb

 

Aprelin 1-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Memorandumu DİA-nın rektoru, akademik Urxan Ələkbərov və RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının I dərəcəli həqiqi dövlət məsləhətçisi Vladimir Şamaxov imzalamışlar.

DİA-dan AzərTAc-a bildirmişlər ki, sənəddə akademiyalar arasında elmi-pedaqoji əməkdaşlıq, təcrübə, müəllim və tələbə mübadiləsi, hər iki ölkənin milli maraqlarına cavab verən birgə fəaliyyətin təşkili və s. nəzərdə tutulmuşdur. Memorandum təhsilin keyfiyyətinin yüksəldilməsinə, dövlət quruculuğu, dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin dostluq münasibətlərinin və multikulturalizm təcrübəsinin inkişaf etdirilməsinə istiqamətlənmişdir.

Akademik Urxan Ələkbərov demişdir ki, DİA-nın Elmi Şurası Azərbaycan alimi, professor Fuad Məmmədova "İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi" fundamental əsərinə görə Azərbaycan Dövlət Mükafatının verilməsi barədə qərar qəbul etmişdir.

Professor Vladimir Şamaxov RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun bu qərarı dəstəklədiyini və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə ünvanlanmış məktubunu akademiyaya təqdim etmişdir.

Məktubda azərbaycanlı alimin xidmətlərinin layiqincə qiymətləndirilməsinə və onun bundan sonrakı fəaliyyətinin RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında qarşılıqlı faydalı münasibətlərin inkişafında sanballı töhfə olacağına inam ifadə edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov