Martın 19-dan 26-dək Qafqaz Universitetində Kompüter
mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadə və
Əli Həsənovun rəhbərliyi ilə tələbə və məktəblilərin
proqramlaşdırma üzrə respublika və beynəlxalq
olimpiadalara hazırlaşmalarını təmin etmək üçün sayca
altıncı olan "Proqramçıların yaz məktəbi" təlimləri
keçirilib. Təlimlərin aparılması üçün (Ukrayna
Respublikasında proqramlaşdırma olimpiadaları üzrə
təlimçi, Ukrayna və beynəlxalq proqramlaşdırma
olimpiadalarında münsiflər heyətinin üzvü, tanınmış
mütəxəssis) Taras Şevçenko adına Kiyev Dövlət
Universitetinin kibernetika fakültəsinin riyazi
informatika kafedrasının dosenti Mixail Medvedyev
təlimçi kimi Qafqaz Universitetinə dəvət edilib.
Təlimlərdə Qafqaz Universiteti kompüter mühəndisliyi,
informasiya texnologiyaları və sistemləri mühəndisliyi,
riyaziyyat və informatika müəllimliyi bölmələrindən olan
20 tələbə, Bakı Dövlət Universitetindən 3 tələbə və
Azərbaycan Türk Özəl liseylərindən 4 şagird (bu
şagirdlər 13-20 iyul 2014-cü il tarixlərində Tayvanda
keçiriləcək 26-cı Beynəlxalq İnformatika Olimpiadasında
Azərbaycanı təmsil edəcək) iştirak edib.
8 gün davam edən təlimlər hər gün Mixail Medvedyev
tərəfindən seminarların verilməsi, praktik online
müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında
aparılıb. Təlimlərdə
eolimp.com.ua/az metodik saytından alqoritmik
məsələlərin həlli üçün istifadə edilib. |