Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Gənc cüdoçularımız Avropa çempionatından medallarla qayıdıblar

 

Türkiyənin Antalya şəhərində keçirilən gənc cüdoçuların Avropa çempionatına yekun vurulub.

Çempionata 43 idmançı ilə yollanan Azərbaycan millisi 7 medalla Vətənə qayıdıb. 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rüfət Eyyubovdan aldığımız məlumata görə, komandamızın heyətində Hidayət Heydərov (66 kq), Samir Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Heydərli (60 kq), Eldar Sultanov (66 kq) və Musa Şəkərəliyev (90 kq) gümüş, Rüfət Tağızadə (60 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, yığmamız 16 ölkə arasında 2-ci olub. Komandamız yalnız Rusiyadan (7 qızıl, 8 gümüş, 12 bürünc medal) geri qalıb. 

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov