Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Diplomqabağı təcrübəyə həsr olunmuş konfrans

 

Aprelin 4-də Bakı Humanitar Kollecində diplomqabağı təcrübəyə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə foyedə  məktəbəqədər təlim və tərbiyə, dekorativ tətbiqi sənət və xalq sənəti ixtisasları üzrə diplomqabağı təcrübəyə gedən tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub. Dövlət himninin ifa olunmasından sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə kollecin direktor müavini Hümbət Əhmədov açaraq onun  işinə uğurlar arzulayıb.

İstehsalat təcrübəsi rəhbəri Aygün Zülfiyeva, fənn birləşmə sədrlərindən Mətanət Aslanova, İlahə Hüseynova, Mətanət Şiriyeva, Səidə Hətəmova, kollecin həmkarlar  ittifaqı təşkilatının sədri Solmaz Şükürova və müəllimlər  Bəhruzə Məmmədova, Gülşən Hacıyeva, Simuzər Qafarova,  şöbə müdirlərindən Rasim Mehdiyev və başqaları çıxışlarında tələbələrə kolleci bitirdikdən sonra gələcək həyatlarında uğurlar arzulamaqla yanaşı, bitirdikləri təhsil ocağının adını harada olmalarından asılı olmayaraq uca tutmağı arzulayıblar. Bildirilib ki, kollecin tələbələri Binəqədi rayonunda yerləşən 3, 102, 276 nömrəli tam orta məktəblərdə, 138, 158 nömrəli körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.

İlk mərhələdə - müşahidə və sınaq dövründə həmin məktəb və bağçalarda təcrübə keçmiş tələbələrdən Ramilə İsrafilli, Nüranə Həqiqətli, Şəmsiyə İdriszadə  və başqaları təcrübədə olduqları təhsil və təlim-tərbiyə müəssisələrinin  rəhbərləri və kollektivlərindən onlara göstərilən diqqətə görə  razı qaldıqlarını bildirib və təqdimatlarla çıxış ediblər.  

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov