Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Gənc istedadlar

Qeyri-adi istedad sahibi

 

Böyütmək üçün şəkili seçinBakıdakı  Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  istedadlı  və bacarıqlı yeniyetmələrin sayı durmadan artır. Onlardan  biri də paytaxtdakı  211 nömrəli tam orta məktəbin şagirdi Rüfət Məmmədovdur.  3 yaşından incəsənətə maraq göstərən, çalıb-oxumağı  sevən, cizgi filmlərini həvəslə izləyən, evdə və məktəbdə qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edən  Rüfətin istedadı  valideynlərini də təəccübləndirib. Və bu Tanrı vergisini  inkişaf etdirmək üçün anası Aygün Məmmədova  onu hələ 4 yaşında ikən mərkəzə aparıb. O vaxdan Rüfət "Çiçəyim" uşaq teatrının ən  fəal, bacarıqlı üzvünə çevrilib. İstedadı ilə hamını heyran qoyan bu uşaq müxtəlif  telekanallarda  ayrı-ayrı uşaq verilişlərində aparıcı və qonaq kimi də  iştirak edir.  Belə ki, ANS telekanalında  "Uşaqdan böyüyə", İctimai TV-də  "Addım-addım" verilişində, eləcə də 106 FM radiosunda  qonaq kimi, Lider  telekanalında isə  "Tap dostum" şousunun ən balaca  iştirakçısı  və musiqili qonaq kimi  tamaşaçıları məmnun edib.  Rüfət Cənub televiziyasında  dəfələrlə şən mahnılar ifa edib.  O, aktyorluq məharəti  göstərərək  "Tək olanda qorxma" serialında  baş rolda çəkilib.  Hazırda həmin serial  Space telekanalında yayımlanır.  Rüfətin uğurları bununla bitmir. Space telekanalında yayımlanan "Mən böyümüşəm" uşaq verilişinin də aparıcısıdır. "Buratino", "Sincab", "Cırtdan", "Pudel", "Artemon", "Gül kolleksiyası", "Şahzadə", "Quldur", "Canavar",  "Müasir keçəl", "Məktəb illəri", "Gülməşəkərlər" və sair cizgi filmlərindəki nağıl qəhrəmanlarından biri də məhz haqqında danışdığımız bu dilli-dilavər oğlandır. Ümumiyyətlə, Rüfətin həyatında uğurlu, yaddaqalan hadisələr çox olub. Amma özünün dediyi kimi, ona ən çox uğur qazandıran  Space kanalında  yayımlanan "Tək olanda qorxma" serialındakı Əmiraslan rolu olub.

Böyütmək üçün şəkili seçinQeyd edək ki, müxtəlif festival və müsabiqələrdə, konsertlərdə  ifa tərzi ilə seçilən və tamaşaçı rəğbətini qazanan  9 yaşlı Rüfət  2011-ci ildə diplomla, 23 aprel 2012-cü ildə Türkiyədə keçirilən uşaq bayramında, həmin il Amsterdamda "Junior Eurovision" mahnı müsabiqəsində maraqlı ifalarına görə  fəxri fərmanla mükafatlandırılıb. Hər ilin  mayında ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə keçirilən Gül bayramlarında o, Heydər Əliyev Fondunun təşkil etdiyi uşaq tədbirlərində ən fəal iştirakçı olur. Fondun yeniyetmələr üçün  "Buta  Palace"da keçirdiyi Yeni il şənliklərində, Heydər Əliyev Sarayında  və Heydər Əliyev Mərkəzində, Gənc Tamaşaçılar Teatrında, 2 nömrəli musiqi məktəbində  və sair yerlərdəki  çıxışları alqışlarla qarşılanır.

Rüfət gələcəkdə dizayner olmaq, Hollivudda məşhur filmlərdə baş rollara çəkilmək və vokal istedadını inkişaf etdirmək arzusu ilə yaşayır. "Yaddaşlarda qalmaq üçün gecə-gündüz çalışıram,  asudə vaxtlarımda isə kliplərə baxıram və sosial şəbəkələrdə dostlarımla yazışıram", - deyir.

Sonda  istedad və bacarığının üzə çıxarılmasında əməyi olan  vokal müəllimi Mzuya Gambaşıdzedən vokal dərsləri aldığını və 10 yaşında Azərbaycanı "Eurovision"da təmsil etmək arzusunda olduğunu söylədi.   Mərkəziin direktoru Lalə Qətiyə, "Çiçəyim" uşaq teatrının rəhbəri Rəna Kərimovaya, serialın rejissoru Nadir müəllimə borclu olduğunu deməyi də  unutmadı. Dedi ki , mənim istedad və bacarığımı onlar üzə çıxardılar və  məni  Azərbaycana tanıtdılar. Çalışacağam ki,  öz üzərimdə çoxlu işləyim və gələcəkdə  dünyada tanınım. 23 aprel 2014-cü il tarixdə  Əskişəhərdə keçiriləcək  uşaq bayramında  "Çiçəyim" uşaq teatrının tərkibində mən də iştirak edəcəyəm və inanıram ki, diplom və fəxri fərmanlarla Vətənə dönəcəyik. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov