Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının birinci mərhələsi keçirilib

 

Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin texniki dəstəyi ilə bu ali təhsil ocağında tələbələr arasında informatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib.

Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İKT sahəsi çox sürətlə inkişaf edir. Ötən ilin "İKT ili" elan olunması, ilk telekommunikasiya peykimiz  olan  "Azerspace-1"-in orbitə göndərilməsi, "Bakutel" sərgisinin keçirilməsi  bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə  olimpiadanın əhəmiyyətindən,  İKT sahəsinin çətin və maraqlı olmasından, Azərbaycan Prezidenti İlham Əliyevin  bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən işlərdən danışıb. O qeyd edib ki, olimpiada yarış olmaqla yanaşı tələbələr arasında dostluq münasibətlərinin qurulmasında da əhəmiyyət kəsb edir.

Naxçıvan Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin nümayəndələri  çıxışlarında təşkilatçılara və olimpiadanın keçirilməsinə yüksək səviyyədə şərait yaratdığı üçün Qafqaz Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Olimpiadada 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Komandalar 5 saat ərzində 10  alqoritmik məsələni həll ediblər. Tapşırıqların  qiymətləndirilməsi  üçün www.e-olimp.com.ua/az avtomatik qiymətləndirmə saytından istifadə edilib. Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar 26 aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək final mərhələsində iştirak edəcəklər. 

Qafqaz Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov