Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Moskvada uğurla çıxış ediblər

 

Böyütmək üçün şəkili seçinM.V.Lomonosov adına Moskva Dövlət Universitetində aprelin 4 - 11 tarixlərində gənclər arasında "Lomonosov-2014" beynəlxalq  elm forumu  keçirilib. MDU-nun Bakı filialının tələbələri forum çərçivəsində  "Filologiya", "Riyaziyyat", "Kimya", "Psixologiya" bölmələrində məruzələrlə çıxış ediblər.

Bakı filialının filologiya fakültəsinin ingilis dili bölməsinin III kurs tələbəsi Məryəm Məmmədovanın, tətbiqi riyaziyyat fakültəsinin magistr təhsili üzrə I kurs tələbəsi Aleksandra Proskuryakova və bakalavr üzrə IV kurs tələbəsi Əli Vəliyevin məruzələri bölmə üzrə ən yaxşı məruzə elan olunub.  Kimya fakültəsinin magistr pilləsi üzrə II kurs tələbəsi Zaur Qarayevin  məruzəsi "Elmə sevgi" nominasiyası üzrə diploma layiq görülüb. Psixologiya fakültəsinin III kurs tələbəsi Ayan İsmayılovanın "MDU-nun  elmi məktəbinin Azərbaycanda inkişafına dair" nominasiyası üzrə məruzəsi "Lomonosov-2014" konfransının diplomu ilə mükafatlandırılıb.

Qeyd edək ki, builki "Lomonosov-2014" forumu elementlərin dövri sistemi qanununu kəşf etmiş böyük rus kimyaçısı D.İ.Mendeleyevin 180 illiyinə həsr olunub.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov