Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Məktəbdə yubiley tədbiri

 

Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə xoş bir həyacan vardı. Məktəb kollektivi uzun illər çiyin-çiyinə çalışdıqları Sabir müəllimin 80 illik şərəfli yubileyinə hazırlaşırdı. Nəhayət, həmin gün gəlib çatdı. Məktəbin bütün müəllimləri, şagirdləri, texniki heyəti, bir sözlə, hamı bu gözəl ocağın üzvü olmuş Sabir müəllimi təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır, xatirə şəkli çəkdirib sevincinə şərik olurdular. Sabir müəllim təqaüdə çıxsa da, məktəblə əlaqəsini bir gün olsa belə itirmir. Tədbirlərimizə sevinc qatır, ağsaqqal kimi öz sözünü deyir. Bu dəfə isə başda onun özü idi. Hamı ətrafına yığışmışdı. Həmin gün Sabir müəllim illər boyu qazandığı hörməti, ehtiramı onu təbrik edənlərin dilindən eşidirdi. Onun 50 illik şərəfli pedaqoji fəaliyyətindən, əsl humanist müəllim ömründən bəhs edilirdi. Həm də Sabir müəllimin təkcə bir pedaqoq kimi yox, eyni zamanda gözəl ailə başçısı kimi tanınmasından söz açılır, ömür-gün yoldaşı Səkinə müəllim ilə birlikdə tərbiyə edərək cəmiyyətə bəxş etdiyi üç oğul, bir qız balasının fəaliyyətindən, vətənpərvərliklərindən danışılırdı. Elə bunun nəticəsidir ki, bu ailənin iki oğul övladı torpaqlarımız uğrunda gedən döyüşlərdə vuruşmuş və Qarabağ müharibəsi veteranı kimi şərəfli ad qazanmışdır.

Uzun müddət məktəbimizdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış Sabir müəllim özü bir ad qazanmışdı: böyüklərin atası, kiçiklərin babası. 

Ömrünün bu çağında fəaliyyətinə ara verməyən, Gəncə şəhər Ağsaqqallar Şurasının üzvü olan Sabir müəllimə uzur ömür, cansağlığı arzu edirik.  

Ləzifə İSMAYILOVA,
Gəncə şəhəri 37 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov