Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Məktəbdə M.Ə.Rəsulzadənin 130 illiyi qeyd edildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında 22 noyabr 2013-cü ildə Sərəncam imzalamışdır.  Həmin sərəncamdan irəli gələn vəzifələri əsas tutaraq, 15 aprel 2014-cü ildə  Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbdə  Məhəmməd Əmin Rəsulzadənin 130 illik  yubileyinə həsr olunmuş  geniş tədbir keçirilib. Məktəbin tarix müəllimi Naimə Məmmədovanın təşkilatçılığı ilə hazırlanmış tədbiri aparıcılar Zülfüqar Ağayev və Xəyalə Lalayeva açıq elan etmişlər. Daha  sonra  şagirdlərdən Adilə Kərimova, Mətin Təhməzov, Mütalib Ağayev, Ləman Həsənova və başqaları  tədbirdə fəal iştirak etmiş, öz çıxışlarında  xalqımızın müstəqillik ideyalarının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər. 

Murad UMUDLU, 
Bakıdakı 129 nömrəli tam orta məktəbin  X sinif şagirdi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov