Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

"Universiada - 2014" proqramına daxil olan idman yarışlarına start verilib

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr edilmiş "Universiada - 2014" proqramına daxil olan idman yarışlarına start verilib. Tədbirdə universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında" 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən bu yubileyin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən bəhs edib.  Qeyd olunub ki, Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı ümummilli lider Heydər Əliyevin tarixi, siyasi xidmətlərinin,  muxtar vilayət kimi bugünkü  hərtərəfli müasir inkişafı isə məhz Heydər Əliyev ideyalarına sədaqətin təcəssümüdür. NDU-nun idman sahəsində qazandığı uğurlara da nəzər salan rektor idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən danışıb.

Sonra "Universiada-2014" çərçivəsində ilk idman yarışına start verilib. Finala vəsiqə alan pedaqoji fakültə ilə memarlıq və mühəndislik fakültəsinin oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarış pedaqoji fakültənin komandasının qələbəsi ilə başa çatıb. Qaliblər kubok və diplomlarla təltif edilib. Qeyd edək ki, idmanın ən müxtəlif növləri arasında fakültə birinciliyi uğrunda keçiriləcək yarışlardan ibarət universiada bir ay müddətində davam edəcək.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov