Göygölün kənd və qəsəbələrindəki orta məktəb şagirdləri
rayondakı dövlət rəmzləri muzeyinə ekskursiyaya
başlamışlar.
AzərTAc xəbər verir ki, növbəti ekskursiyada tarix
müəllimləri şəhər məktəblilərinə Azərbaycan tarixi,
dövlət bayrağımız və digər mövzular ətrafında məlumatlar
vermişlər.
Muzeyin maraqlı eksponatları sırasında tarixin müxtəlif
dövrlərində atribut kimi qəbul edilmiş bayraqlar
məktəblilərin diqqətini xüsusilə cəlb etmişdir.
Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin
Azərbaycan bayrağı haqqında söylədikləri fikirlər də
şagirdlər tərəfindən maraqla dinlənilmişdir. |