Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılışı olub

 

Aprelin 18-də Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin nümayəndələri, Schlumberger şirkətinin təmsilçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

Nəzərə çatdırılıb ki, məktəbin biologiya kabineti xüsusi laboratoriya cihazları və kompüter avadanlıqları ilə təchiz olunub.

Sonra qonaqlar təhsil müəssisəsinin biologiya fənn laboratoriyası və orada quraşdırılmış avadanlıqlarla yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən Schlumberger şirkəti neft və qaz yataqlarının işlənməsi üzrə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Şirkət gənc nəslin inkişafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm verir. Schlumberger şirkətinin reallaşdırdığı SEED təhsilə dəstək proqramı çərçivəsində müxtəlif ölkələrin ümumtəhsil məktəbləri fənn laboratoriyaları, tədris ləvazimatları, kompüter və İnternetə çıxış imkanları ilə təmin olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov