Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Azərbaycanın birinci xanımından növbəti humanist addım

 

 Aprelin 17-də ATV telekanalında göstərilən və təcili ürək əməliyyatına ehtiyacı olan balaca Ömər Qasımovun müalicə xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür.

AzərTAc xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Qənirə Paşayeva özünün "Facebook" səhifəsində paylaşmışdır.

Məlumatda deyilir: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Ömər Qasımovun anası zəng edərək bildirmişdir ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər. Ömərin bütün əməliyyat və müalicə xərclərini Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən şəfa tapacaq, ailəsi və millətimiz üçün layiqli övlad olacaqdır".

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov