Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

"ADA" Universitetində Niderland Krallığının nümayəndə heyəti ilə görüş olub

 

Böyütmək üçün şəkili seçinAprelin 23-də "ADA" Universitetində Niderland Krallığının işgüzar nümayəndə heyəti ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, görüş "ADA" Universiteti və "Maastrixt Menecment" Məktəbinin birgə əməkdaşlığı çərçivəsində keçirilmişdir.

Qonaqları salamlayan xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Hafiz Paşayev bu cür görüşlərin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Hafiz Paşayev "ADA" Universiteti ilə bir çox ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini qeyd etmişdir.

Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, nümayəndə heyətinin rəhbəri Rene Van der Linden iki ölkə arasında sosial-iqtisadi, təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsen işgüzar görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını söyləmişdir.

Tədbirdə "ADA" Universitetinin və "Maastrixt Menecment" Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat verilmişdir.

Görüşdə "ADA" Universitetinin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov nümayəndə heyətinə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr haqqında məlumat vermişdir.

Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində Niderland Krallığının nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir.

Aprelin 24-də "ADA" Universitetində Niderlandın Azərbaycandakı səfirliyi tərəfindən Kral Günü münasibətilə qəbul təşkil edilmişdir.

Bundan əlavə, nümayəndə heyəti MsM məzunları və cari "ADA" Universiteti-MsM MBA iştirakçıları ilə də görüşəcəkdir.

"ADA" Universiteti Niderlandın "Maastrixt Menecment" Məktəbi ilə birgə Ekzekyutiv MBA proqramını həyata keçirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov