Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Təhsil Nazirliyinə nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb

 

Təhsil Nazirliyinə Siyəzən Rayon Təhsil Şöbəsi, Tərtər rayon Evoğlu kənd tam orta məktəbi və Laçın rayon Ağgöl kənd ümumi orta məktəbinin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb.

Belə ki, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilər vəzifə funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməyib və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilməyiblər. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə, böyük məsləhətçi Vahid Məmmədova və metodist Şəhla Əliyevaya töhmət verilib.

Tərtər rayon Evoğlu kənd tam orta məktəbinin direktor müavini Y.Məhərrəmovun şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılmış araşdırma zamanı məlum olub ki, məktəbin direktoru Natiq Kazımov fəaliyyətində ciddi nöqsanlara yol verib. Belə ki, IX-XI sinif şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı olsa da, bu barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb. İşçilərə əsassız əməkhaqqı hesablandığına və digər bu kimi nöqsanlara görə məktəbin direktoru Natiq Kazımov tutduğu vəzifədən azad edilib.

Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərdə ciddi səhvlərə yol verilib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimov tutduğu vəzifədən azad edilib.

Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov