Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

  "Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında" şagird-tələbə elmi konfransı keçirilib

 

Aprelin 26-da Bakı Slavyan Universitetində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında" mövzusunda XI şagird-tələbə elmi konfransı keçirilib.

Konfransın açılışında universitetin rektoru, professor Asif Hacıyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını vurğulayıb.

Rektor konfransda Bakı şəhərinin qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlər və bir sıra ali məktəblərin tələbələri ilə yanaşı, respublikamızın müxtəlif bölgələrində yerləşən Xocalı, Zəngilan, Cəbrayıl, Ağdam, Şuşa rayonlarının qaçqın məktəbləri şagirdlərinin iştirakını müsbət hal kimi dəyərləndirib. O, BSU professor-müəllim heyətinin bundan sonra da həm qaçqın, həm də respublikamızın ayrı-ayrı ümumtəhsil məktəblərinin şagird kontingenti və pedaqoji kollektivləri ilə sıx əməkdaşlıq edəcəyini bildirib.

BSU Məktəb-Lisey Kompleksinin direktoru, professor T.Cəfərov konfransın bölmələrdə işi barədə məlumat verib. Bildirilib ki, konfransın təşkilat komitəsinə 330 şagird və tələbənin məruzəsinin tezisləri təqdim edilib və onlardan 143-ü seçilərək kitab şəklində çap olunub.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Xocalı şəhər 3 nömrəli məktəbin direktor müavini Eldəniz Məhərrəmov, BSU Məktəb-Lisey Kompleksinin şagird elmi cəmiyyətinin sədri Rüfət Qasımzadə ulu öndərin şərəfli ömür yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıblar.

Sonra konfrans işini "Dil, ədəbiyyat və mədəniyyət", "İctimai elmlər", "Təhsil, idman və gənclər", "İqtisadiyyat", "İnformasiya və kommunikasiya texnologiyaları", "Elmi layihələr" bölmələrində davam etdirib.

Konfrans çərçivəsində BSU Məktəb-Lisey Kompleksi, BDU-nun nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi, akademik Zərifə Əliyeva adına Lisey, "Tərəqqi" texniki-humanitar liseyi, Bakı şəhər 190 nömrəli tam orta məktəb, Sumqayıt şəhərini və Abşeron rayonunu təmsil edən məktəblərin və digər təhsil ocaqlarının fərqlənən şagirdlərinə, ali məktəb tələbələrinə, eləcə də qaçqın məktəblərindən olan istedadlı şagirdlərə diplom, sertifikat və hədiyyələr təqdim olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov