Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Ən yaxşı müəllimlərimiz

 

 

Ölkəmizdə təhsilin inkişafına töhfələr verən, təhsil islahatlarının həyata keçirilməsində fəallıq göstərən müəllimlər çoxdur. Dövlətimiz belə müəllimlərin əməyini daim diqqət mərkəzində saxlayır və layiqincə qiymətləndirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər il onlarla müəllimə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi"  medalı verilir. Eyni zamanda möhtərəm Prezidentimizin sərəncamı ilə artıq 7 ildir ki, "Ən yaxşı müəllim" müsabiqəsi keçirilir və bu müsabiqələrin nəticəsi olaraq hər il 100 nəfər müəllim böyük məbləğdə pul mükafatı alır. Qəzetimizin bu nömrəsindən başlayaraq belə müəllimləri oxucularımıza təqdim edirik.

 

Aygün MƏCİDOVA,
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi

1964-cü ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, 1998-ci ildə isə ADPU-da ibtidai metodika üzrə yenidənhazırlanma kursunu keçib. 2006-cı ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2011-ci ildə  Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılıb. ADPU-nun doktorantıdır. 1 monoqrafiya, 50 kitab (dərsliklər, tədris vəsaitləri, metodik vəsaitlər,  didaktik materiallar, test tapşırıqları),  34 məqalə (7-si xaricdə ) və 3 tezisin (1-i xaricdə), 4 fənn üzrə 16 adda kitabın hazırlanmasında layihə rəhbəri kimi iştirak edib. Təhsil Nazirliyinin formativ qiymətləndirmənin aparılması mexanizminin hazırlanması üzrə işçi qrupunun üzvüdür. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən keçirilən bir çox layihə və treninqlərdə iştirak edib. 2012-ci ildə Təhsil Nazirliyinin Milli qiymətləndirmə üzrə keçirilən monitorinqində işçi qrupunun üzvü, 2013-cü ildə Təhsil Nazirliyinin "Məktəb icması" layihəsinin işçi qrupunun, 2013-cü ildə ibtidai siniflərdə qiymətləndirmə vasitələrinin hazırlanması layihəsinin rəhbəri, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dünya Bankı tərəfindən aparılan milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələri çərçivəsində qiymətləndirmə vasitələrinin hazırlanması üzrə məsləhətçisidir.

 


Aygün MİKAYILOVA,
Bakı Avropa Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi

1973-cü ildə Bakıda anadan olub. 1996-cı ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.  Azərbaycan Respublikası Prezidentinin  25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif edilib. Şagirdlərindən Prezident təqaüdçüsü, 600-dən çox bal toplayan, olimpiada və beynəlxalq müsabiqə qalibləri  var. 1999-cu ildən etibarən Azərbaycan dili və ədəbiyyat dərsliklərinin metodiki rəyçisi, 2010-cu ildən isə 8 və 9-cu siniflər üçün Azərbaycan dili dərsliyinin həmmüəllifidir.  1998-ci ildən  müxtəlif təlimlərdə iştirak edib və bir çox sertifikatlar alıb.

 

 

 


Rahilə ƏLİYARZADƏ,
Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini

1973-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri fakültəsini bitirib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Tədris Resursların Qiymətləndirilməsi Şurasının üzvüdür. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2009-cu ildə "Microsoft" şirkəti və Təhsil Nazirliyinin birgə keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsinin, 2008-ci ildə isə Azərbaycanda təhsilin inkişafına kömək məqsədilə Təhsil Nazirliyi, "Ultra", "İntel", "Microsoft", "HP", "Siveco", "Mədəd" şirkətlərinin birgə həyata keçirdikləri "Elektron məktəb" və "Təhsilin elektron idarəedilməsi" pilot layihələri çərçivəsində qalibidir. "Azərbaycanın gənc kompüter istedadları - 2007" müsabiqəsində şagirdləri yüksək nailiyyətlər əldə etdiyinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.  Bir çox beynəlxalq konfransların iştirakçısıdır. İKT sahəsində keçirilən treninqlərdə təlimçi kimi fəaliyyət göstərir.

 


Xumar ƏHMƏDBƏYLİ,
Bakı Avropa Liseyinin biologiya müəllimi

1962-ci ildə Bakıda anadan olub. 1985-ci ildə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirib.  2007-ci ildə  Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il tarixli Sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub,  Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Elmi jurnallarda çap olunmuş bir sıra məqalələrin müəllifidir. Bundan başqa, "Biologiya" (10, 11-ci sinif) dərsliklərinin (T.Mikayılov, Y.Seyidli, Q.Quliyev, Ş.Mahmudov, X.Əhmədbəyli) tərcüməçisi və  müəlliflərindən biridir. "Biologiya" (6-cı sinif) dərsliyinin (Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva) həmmüəllifi və tərcüməçisidir. Yetirmələrindən bir çoxu Prezident təqaüdçüsü və 600-dən çox bal toplayaraq respublikamızın, eləcə də dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Bundan başqa, bir çox layihələrdə və treninqlərdə fəal iştirak edib.

 

 Niyazi RƏHİMOV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov