Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Uğur qazanmış məktəblilərə mükafatlar təqdim edilib

 

Mingəçevir Şəhər İcra Hakimiyyətində orta ümumtəhsil məktəblərinin uğur qazanmış şagirdləri ilə görüş keçirilib. Görüşdə pedaqoji ictimaiyyətin nümayəndələri, təhsildə fərqlənən şagirdlər, ötən il məktəbi qızıl medalla bitirmiş məzunların valideynləri iştirak ediblər.

Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov ötən tədris ilində qazanılan uğurlardan danışıb. Bildirilib ki,  2012-2013-cü dərs ilində 384  məzun  tələbə adını qazanıb. Onlardan 18 məzun  orta məktəbi qızıl medalla bitirib və  ali məktəblərə  qəbul imtahanlarında iki nəfər  700 bal toplayıb.

Bu  il də Mingəçevir məktəbliləri bir sıra uğurlara imza atıb. Onlar "Ana dilimizi sevək-sevdirək" respublika müsabiqəsində, şahmat, futbol üzrə respublika birinciliklərində, respublika fənn olimpiadasında və ətraf mühitin mühafizəsinə həsr edilmiş İNEPO beynəlxalq müsabiqəsində qızıl, gümüş və bürünc medallar qazanıblar.

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb və həmçinin uğur qazanmış məktəbliləri  təbrik edib.

Sonda məktəblilərə   mükafatlar təqdim olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov