Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün şəkili seçinMayın 6-da "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.

Artıq 8-ci dəfədir keçirilən müsabiqə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.

Ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunmuş inşa yazı müsabiqəsində təhsil naziri Mikayıl Cabbarov, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tanınmış ziyalılar, tələbələr, şagirdlər və valideynlər iştirak ediblər.

Böyütmək üçün şəkili seçinTədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov müsabiqənin ümumtəhsil məktəblərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəbləri tələbələrinin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir Azərbaycanın bütün coğrafiyasını əhatə edən bu müsabiqənin növbəti ildən başlayaraq ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə edəcəyini nəzərə çatdırıb və qalibləri təbrik edib.

Sonra çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev müsabiqə iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıblar.

Respublika mərhələsinin iştirakçıları arasından 8 nəfər I, 7 nəfər II, 11 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. I-IV yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında dərc edilib.

Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən artıq şagird iştirak edib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov