Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş "Azərbaycan və
azərbaycanlılar"adlı sərgi keçirilib.
Akademiyanın rektoru Ömər Eldarov qeyd edib ki, bu
təhsil ocağı 2000-ci ildə ümummilli lider Heydər
Əliyevin fərmanı ilə yaradılıb.
Sərgidə Əli Verdiyevin "Heydər Əliyevin portreti",
Mehriban Sadıqovanın "Azərbaycan ulduzları", Məsumə
Hacıyevanın "Mikayıl Müşfiq", Ramil Məmmədovun
"Nəsirəddin Tusi", Emin Əliyevin "Babək" əsərləri və
digər işlər nümayiş etdirilib.
Ümummilli lider Heydər Əliyevin, Mir Cəlalın, Nizami
Gəncəvinin, Səməd Vurğunun, Qara Qarayevin və
Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin
portretləri, yonulmuş daşlar ekspozisiyada xüsusi yer
tutur.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |