Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

 İlk peşə-ixtisas təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası verilib

 

Böyütmək üçün şəkili seçinMayın 5-də Sumqayıtda Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış kənd təsərrüfatı texnikasının təqdimat mərasimi keçirilib.

Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 ədəd yeni texnika və avadanlıqdan bölgələrdə yerləşən təhsil müəssisələrində əyani tədris vasitəsi kimi istifadə olunacaq. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

Ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet vəzifələrdən biridir. Mövcud şəraitdə kənd təsərrüfatı sahəsinin inkişafında əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəssislərin hazırlanması vacib amildir. Eyni zamanda, müasir texnika və avadanlıqlara malik olması ilk peşə-ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir.

Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov