Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Bir qrup gənc fəxri fərmanla təltif olunub

 

Böyütmək üçün şəkili seçinBakının Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində idman oyunları keçirilib. Orta məktəb şagirdləri arasında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar olub, rayon ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələri arasında mini-futbol turniri gerçəkləşib.

Bədii yaradıcılıq kollektivləri rəqs və musiqi bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə  Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxış edərək, dahi öndərin həyat və fəaliyyətindən, dövlət gənclər siyasətindən, onların gələcək rifahı üçün atılan addımlardan və bu kimi görülən işlərdən, ümummilli liderin müstəqil Azərbaycanda dövlət quruculuğu istiqamətində apardığı siyasətdən danışıblar.

Tədbirin sonunda Nəsimi rayonu üzrə idman, gənclər və mədəniyyət sahəsində fərqlənmiş bir qrup gənc fəxri fərmanla təltif olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov