Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Qaliblərə mükafatlar verilib

 

Böyütmək üçün şəkili seçinAprelin 23-də Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, idman və sağlam həyat tərzini təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu idman növünü rayonda inkişaf etdirmək, "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə futbol üzrə rayon turniri keçirib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının  Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, "Azal" Futbol Klubunun vitse-prezidentləri Elşad Babayev, Fikrət Hüseynov, "Silk Way" Aviaşirkətinin İnfrastruktur İdarəsinin rəisi Fariz Sultanov iştirak ediblər. Yarışlar  "Dalğa Arena" və "Azal Arena" stadionunda keçirilib. Ümumilikdə rayon turnirində 8 komanda tərkibində 216 nəfər futbolçu iştirak edib. Yarışda I, II və III yerləri tutmuş komandalar Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplomlar və hədiyyələrlə mükafatlandırılıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov