Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Təhsil Nazirliyində mətbuat konfransı

 

 Mayın 13-də Təhsil Nazirliyində SABAH qruplarına tələbələrin qeydiyyatının başlanılması və www.sabah.edu.az saytının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov iştirak edib.

Mətbuat konfransında SABAH qruplarının təhsilin keyfiyyətinin daha da artırılması, tələbələr arasında sağlam rəqabətin formalaşması və müasir tələblər səviyyəsində kadrların hazırlanması zərurətindən yaradıldığı vurğulanıb. Bildirilib ki, bu gündən etibarən SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatına başlanılır və bu proses iyunun 12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcək.

Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən tələbə daha sonra - ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq. Üçüncü mərhələdə isə tələbələr üçün şifahi müsahibə də təşkil ediləcək.

Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də müraciət edə biləcək.

Tədbirdə yeni yaradılmış www.sabah.edu.az saytı media nümayəndələrinə təqdim olunub, saytda SABAH qruplarına tələbələrin qəbulu qaydaları, seçim şərtləri və digər bu kimi məsələlərlə bağlı ətraflı məlumat verildiyi vurğulanıb. Qeyd edilib ki, SABAH qruplarında təhsil almaq istəyən tələbələrin onlayn qeydiyyatı məhz bu sayt vasitəsilə aparılır. Mətbuat konfransında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulunun başlanılması barədə də məlumat verilib. Bildirilib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gələrək və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcəkdir. Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir.

Mətbuat konfransında media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov