Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Ən yüksək nəticə göstərənlər SABAH qruplarına qəbul ediləcəklər

 

 Mayın 15-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin tələbələrinə SABAH qruplarının təqdimatını keçiriblər.

Təqdimatda qeyd olunub ki, SABAH qruplarına tələbələr Təhsil Nazirliyinin tabeliyindəki və özəl ali təhsil müəssisələrindən seçiləcək. Ümumilikdə ali təhsil müəssisələrində tədris 148 ixtisas üzrə aparılır. SABAH qrupları 52 ixtisası əhatə edəcək. Bu ixtisaslardan ikisi - rus dili və ingilis dili müəllimliyi ixtisasları üzrə SABAH qrupları Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində yaradılacaq. Başqa sözlə, 33 ali təhsil müəssisəsinin hər hansı birində rus dili və ya ingilis dili müəllimliyi ixtisasları üzrə təhsil alan və SABAH qrupuna qəbul olan birinci kurs tələbələri növbəti tədris ilindən təhsilini müvafiq olaraq Dillər Universitetində və ya Bakı Slavyan Universitetində davam etdirəcəklər. Bu zaman onların hamısı SABAH təqaüdü alacaq, aztəminatlı tələbələr yataqxana və qida ilə təmin olunacaq.

SABAH qrupuna qəbul olmaq üçün isə iyunun 12-dək www.sabah.edu.az saytında qeydiyyatdan keçmək lazımdır. Ancaq bu zaman 2 şərt irəli sürülür: birinci semestr üzrə ən azı 61 bala malik olmaq və SABAH qruplarına uyğun ixtisasda təhsil almaq. Bu şərtlərə uyğun gələn və elektron qeydiyyatdan keçən tələbələr məntiq və xarici dilə aid suallardan ibarət imtahana dəvət olunacaq. Ən yüksək nəticə göstərənlər SABAH qruplarına qəbul ediləcəklər.

SABAH-ın məzunları davamlı peşəkar və akademik karyera üçün zəruri olan fundamental bakalavr təhsilinə, yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı peşəkarlıq səviyyəsinə malik olacaqlar. Bu isə Azərbaycanın inkişafına töhfə verə biləcək savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssis deməkdir.

Sonda Təhsil Nazirliyinin nümayəndələri tələbələrin və müəllim-professor heyətinin çoxsaylı suallarını cavablandırıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov