Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Yaradıcılıq mərkəzinin uşaqları Türkiyədə səfərdə olublar

 

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs qrupunun və "Çiçəyim" uşaq teatr studiyasının üzvləri aprelin 20-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olub.

İstanbulun Baxçalıevlər Kaymakamlığı İlçə Milli Təhsil Müdirliyi tərəfindən 23 aprel Beynəlxalq Uşaq Festivalına dəvət alan Yaradıcılıq Mərkəzinin 33 nəfərdən ibarət nümayəndə heyəti tədbirdə türk və liviyalı uşaqlarla birgə çıxış ediblər. Festivala toplaşan kaymakamlıq, bələdiyyə və təhsil şöbəsindən olan qonaqlar, sakinlər, uşaqlar və valideynlər ifa olunan "Azərbaycan suitası", "Şənlik" rəqsi və "Azərbaycan" mahnısını məmnuniyyətlə dinləyiblər. Teatr studiyasının üzvü, 9 yaşlı Rüfət Məmmədovun çıxışı ilə bağlı isə yerli mətbuatda maraqlı məqalə dərc olunub.

 Baxçalıevlər Kaymakamlığı, bələdiyyə və təhsil şöbəsinin rəhbərləri Azərbaycan nümayəndə heyəti ilə görüşüblər. Görüş zamanı türkiyəli rəsmilərə Azərbaycan bayrağı, milli geyimdə olan gəlincik, müxtəlif suvenirlər və Azərbaycan miniatür xalçaları hədiyyə olunub. Baxçalıevlər Kaymakamı Mehmet Ali Özyiğit də öz növbəsində mərkəzin rəhbərliyinə və uşaqlara festivalda fəal iştirakına görə öz təşəkkürünü bildirib və onlara müxtəlif mükafat, diplom və hədiyyələr təqdim edib.

Aprelin 25-də isə Baxçalıevlərdəki liseydə festivalın final konserti təşkil olunub. Konsertdə Azərbaycan rəqqasları rəngarəng rəqslər nümayiş etdiriblər. Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar da maraqla qarşılanıb.

Konsertin ən maraqlı çıxışı isə dərnək üzvü Şahin Tağızadənin ifa etdiyi "Çırpınırdı Qara dəniz" mahnısı olub. Mahnının final hissəsində "Azərbaycan bayrağını Qarabağdan asacağız" sözlərini zala toplaşanlar əllərində Azərbaycan bayraqları ayağa qalxaraq, xorla ifa ediblər. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov