Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

İstanbulda beynəlxalq konfrans

 

Türkiyə Respublikasının Milli  Təhsil Nazirliyi tərəfindən  İstanbul şəhərinin  Sarıyer rayonunda  fəaliyyət göstərən  Feyziyə Məktəbləri Fondunun  Özəl Ayazağa İşıq Liseyi və Türk  Mədəniyyət Fondunun əməkdaşlığı ilə "Spectrum of Edication III- Creativity" adı altında konfrans keçirilib. Konfransa - Amerika, İngiltərə, İtaliya, İspaniya, Macarıstan, Türkiyə, Əlcəzair, Rusiya, Çexiya, Norveç, Serbiya, Hindistan və sair  ölkələrdən nümayəndələr  qatılıb.  Ölkəmizi   isə  Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini  Kəmalə Əncümənur və rəsm dərnəyinin rəhbəri  Nərmin Abdullayeva təmsil ediblər.

Beynəlxalq konfrans "Yaradıcılıq" mövzusuna həsr olunub.

Feyziyə  Məktəbləri Fondunun Özəl Ayazağa İşıq Liseyinin müdiri Ömər Orxan konfrans nümayəndələrini salamlayıb, onlara öz işlərində uğurlar arzulayıb. İki gün davam edən konfransda ayrıca iclaslar keçirilib. Bu iclaslarda yaradıcılıqla bağlı suallara cavab axtarılıb. Müxtəlif ölkələrdən gələn nümayəndələr  bu mövzu ilə bağlı çıxışlar ediblər. Paytaxt təmsilçisi Kəmalə Əncümənurun çıxışındakı  fərqli fikirlər konfrans nümayəndələrinin diqqətini cəlb edib.  O,  konfransın təşkilatçılarına  milli süvenir və hədiyyələri təqdim edib. Konfransın sonunda bütün iştirakçılara sertifikat verilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov