Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

XXVI Spartakiadanın basketbol üzrə yarışı başa çatıb

 

Böyütmək üçün şəkili seçinBakıdakı 45 nömrəli tam orta məktəbin idman zalında  Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən paytaxt məktəbləri üzrə  XXVI spartakiadanın proqramına daxil olan oğlanlar arasında basketbol  yarışı keçirilib.

Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksin, II yeri Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin, III yeri Yasamal rayonu Bakı Avropa Liseyin, IV yeri Nizami rayonu 220 nömrəli məktəb-liseyin, V yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin, VI yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin, VII yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin, VIII yeri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin, IX yeri Xəzər rayonu 234 nömrəli tam orta məktəbin, X yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin, XI yeri  isə Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandaları  tutublar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakiminin müavini Salman Əbdülov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi Valentina Sultanova  qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra Nizami rayonu I, Nərimanov rayonu  II, Qaradağ rayonu III, Xətai rayonu IV, Sabunçu rayonu V, Səbail rayonu VI, Xəzər rayonu VII, Suraxanı rayonu VIII, Yasamal rayonu IX, Binəqədi rayonu X, Nəsimi rayonu  isə XI yerləri tutublar. 

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov